Ekoloji aylıq

Bildiyimiz kimi 2016/2017-ci tədris ilinin iyun ayı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində “Tullantıdan incəsənətə” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. Mövzu ətrafında həyata keçiriləcək fəaliyyətlərlə yanaşı iyun ayı ərzində məktəbin özünün təyin etdiyi müəyyən ərazilərdə təmizlik və abadlıq işlərinin təşkili təklif olunur. Aylıqda əsas məqsəd şagirdlərdə ekoloji tərbiyə və ekoloji mədəniyyəti formalaşdırmaq, istedadı və yaradıcılıq qabiliyyəti ilə fərqlənən şagirdləri üzə çıxarmaqdan ibarətdir. Aylıq çərçivəsində VI-VII-VIII sinif şagirdləri texnologiya və təsviri incəsənət müəllimlərinin rəhbərliyi ilə tullantı məhsulları toplayaraq onlardan müxtəlif əl işləri hazırlamışlar. Müxtəlif yaş səviyyəsində olan şagirdlərlə birlikdə “Tullantıdan incəsənətə” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlər həyata keçirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi