Son zəng
Bakı şəhəri T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə 14 iyun 2017-ci il tarixində “Son zəng” tədbiri təntənəli surətdə həyata keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səbail Rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsi üzrə nümayəndəsi, Badamdar Bələdiyyəsinin rəhbərliyi, ictimaiyyətin nümayəndələri, sabiq məzunlar iştirak etmişlər.