28 May Respublika Günü
Bakı şəhəri T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə 28 May Respublika Günü geniş qeyd edilmişdir. Bununla bağlı “Tədbirlər planı” hazırlanaraq təsdiq olunmuş, rəsm, inşa, şeir müsabiqələri təşkil edilmiş, siniflərdə “Açıq dərs”lər keçirilmişdir. İbtidai siniflərdə “28 May Respublika Gününüz mübarək!” mövzusunda keçirilən dərslər diqqəti xüsusi cəlb etmişdir. Dərslərdə müasir təlim metodlarından, texniki vəsaitlərdən, Prometan lövhədən geniş istifadə edilmişdir. Məktəb rəhbərliyinin iştirakı ilə dərslər müzakirə olunmuşdur. Bütün siniflərdə Respublika Gününə həsr edilmiş sinif saatları keçirilmişdir.