May ayının 20-də Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbin bir qrup şagirdinin görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ev-muzeyinə ekskursiyası təşkil olunmuşdur. Muzeyin əməkdaşı tərəfindən bəstəkarın həyat və yaradıcıllığı haqqında şagirdlərə ətraflı məlumat verilmişdir. Muzeyin bütün şöbələri ilə yaxından tanış olan şagirdlər muzeydən xoş təəssüratlarla ayrılmışlar.