Ayın tədqiqatçı bioloqlar məktəbi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci tədris ilində öz fəaliyyətini "Təhsili Dəyərə Çevirək" devizi adı altında irəli sürmüşdür. Bildiyimiz kimi “Ekoloji aylıqlar" layihəsi çərçivəsində aprel ayı " Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" aylığı elan edilmişdir.T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə aylıq çərçivəsində “Ayın tədqiqatçı bioloqlar məktəbi “nominasiyası üzrə araşdırmalar aparılmış, ekskursiyaların təşkili,disskusiyalar ,təqdimatlar , nümunəvi dərslərin nümayişi və mövzu ilə bağlı müxtəlif tədbirlər həyata keçirilmişdir. Məktəbin biologiya müəllimləri Əhmədova Arzu və Ağayeva Reyhanın rəhbərliyi altında müxtəlif yaş qruplarından olan 6-7-8-9 cu sinif şagirdləri ilə ekskursiya təşkil edilmişdir. Ekskursiya zamanı şagirdlər Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat Nəbatət Bağına və AMEA-nın Zoologiya inistitutunun nəzdində yerləşən muzeydə olmuşlar. İnstitutun əməkdaşı Nəbatət Bağında bitən bitkilər və bu bitkilər üzərində aparılan elmi tədqiqat işləri haqqında dəyərli məlumatlar vermişdir. Şagirdlər ekskursiya zamanı əyani olaraq Nəbatət bağına dünyanın müxtəlif yerlərindən gətirilmiş bitki nümunələri ilə tanış olmuşlar. Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat Zoologiya İnstitutuna ekskursiya zamanı isə şagirdlər institunun nəzdində yerləşən muzeydə müxtəlif heyvan nümunələrinin müğəvvaları ilə tanış olmuş və nəsli kəsilmiş heyvanlar haqqında məlumat almışlar.Aylıq çərçivəsində ədəbiyyat fənninin tədrisi prossesində ekoloji tərbiyə məsələləri mövzusunda nümunəvi dərs nümayiş etdirilmişdir.Məktəbin ədəbiyyat müəllimi Xədicə Həsənovanın VI“c”sinfində “Heydər Əliyev və Azərbaycan ekologiyası” mövzusunda nümunə dərsi şagirdlərin böyük marağına səbəb olmuşdur.Dərs prosesində şagirdlər ekoloji tərbiyə və ekoloji problemlərin həllində Ümummilli liderimiz Heydər Əliyevin xidmətləri ilə yaxından tanış olmuşlar.Akademik Həsən Əliyevin “Həyacan təbili “ kitabının tərbiyəvi əhəmiyyəti mövzusunda geniş müzakirə aparılmışdır.Təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən davamlı istifadə olunması siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dərs prosesində xüsusi vurğulanmışdır.“Ayın tədqiqatçı bioloqlar məktəbi“ nominasiyasında məktəbin kitabxanasında “ EKOLOGİYA VƏ KİTABXANALARIN QARŞISINDA DURAN VƏZİFƏLƏR” mövzusunda araşdırmalar aparılmış və müvafiq vəzifələr müəyyənləşdirilmişdir. Şagirdlər tərəfindən məktəbin həyətyanı sahəsində təmizlik işləri aparmış və maklatura toplanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi