31 Mart - Azərbaycanlıların Soyqırım Gününü unutmadıq
1998-ci ildən etibarən 31 Mart tarixii Azərbaycanlıların Soyqırım Günü kimi anılır. Bununla əlaqədar məktəbimizin 9 "A" sinfində tədbir keçirilib. Tədbirdə azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi haqqında geniş məlumat verən məktəbin tarix müəllimi Dürdanə Məmmədova sonda onu vurğuladı ki, biz bu faciələri heç zaman unutmayacağıq və bunlar bizim qan yaddaşımızdır. Şagirdlər də soyqırım günü ilə bağlı öz fikirlərini bildirdilər və mövzu ətrafında müzakirələr apardılar.