“Ekoloji aylıqlar” layihəsi
2016-2017-ci tədris ilinin mart ayı üçün layihə çərçivəsində məktəbimizdə “Alternativ enerji mənbələri” mövzusunda “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası” nominasiyası üzrə tədbir keçirildi. Mövzu ilə əlaqədar elmi konfrans, ekskursiya, “Açıq dərs” və sərgilərin keçirilməsi üçün plan tərtib edilmişdir. Tədbirlərin həyata keçirilməsində orijinallıq, mövzunun əhatəliliyi, fəaliyyətin müxtəlifliyi, şagirdlərin bacarıqlarının formalaşdırılmasına xidmət edən fəaliyyətlərin yer alması, layihədə müxtəlif yaş qrupunu təmsil edən şagirdlərin iştirakı, mövzunun ekoloji problemlərə yönəlməsi, hesabatların təqdim edilməsində təsdiqləyici materialların mövcudluğu kimi meyarlar əsas götürülmüşdür. Bütün bunları nəzərə alaraq tərtib edilmiş plan əsasında aşağıdakı tədbirlər həyata keçirilmişdir. I. Aylıq çərçivəsində martın 15-də Socar – Ekologiya idarəsinin mütəxəssisləri Məhərrəm Mehdiyev və Şirin Zeynalova “Alternativ və bərpa olunan enerji” haqqında maraqlı məruzə ilə çıxış etmişlər. Məruzənin sonunda Məhərrəm Mehdiyev şagirdləri maraqlandıran sualları cavablandırdı. II. Aylıq çərçivəsində Coğrafiya müəllimi Fəridə İbrahimovanın rəhbərliyi ilə yuxarı sinif şagirdlərinin iştirakı ilə Bakı şəhəri Qaradağ rayonu Sahil Günəş Elektrik Stansiyasına, Qobustandakı və Müşviq qəsəbəsi ərazisində tikilməkdə olan Külək Elektrik stansiyasına ekskursiya etdilər.III. Coğrafiya müəllimi Fəridə İbrahimova tərəfindən 9B və 11A siniflərində “Alternativ gələcəklə əlaqə” başlığı altında nümunə dərsi keçirilmişdir.IV. Şagirdlər külək enerjisinin alınması, mexaniki enerjinin elektrik enerjisinə çevrilməsi ilə bağlı özlərinin hazırladıqları model və qurğuları həvəslə nümayiş etdirdilər.Onlar hazırladıqları modellərlə bir daha sübut etdilər ki, alternativ enerjidən istifadə ətraf mühiti təmiz saxlamaq və iqtisadi səmərəlilik baxımından çox əlverişlidir. Sonda şagirdlər “ limondan necə elektrik enerjisi almaq olar? ” movzusunda video təqdimata baxdılar.