Ekoloji mədəniyyət və incəsənətin təbliği
Bildiyimiz kimi 2016-2017-ci tədris ilinin fevral ayı üçün layihə çərçivəsində ümumi təhsil məktəblərində “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusunda aylığa start verilib. Məktəbimiz aylıqda “Ekoloji mədəniyyət və incəsənətin təbliği” nominasiyasında iştirak edir. Bununla bağlı məktəbdaxili əmrə əsasən komissiya yaradılmış, “Tədbirlər planı” təsdiq edilmişdir. Tədbirlərin həyata keçirilməsində orijinallıq, mövzunun əhatəliliyi, fəaliyyətin müxtəlifliyi, şagirdlərin bacarıqlarının formalaşdırılmasına xidmət edən fəaliyyətlərin yer alması, layihədə müxtəlif yaş qrupunu təmsil edən şagirdlərin iştirakı, mövzunun ekoloji problemlərə yönəlikliyi, hesabatların təqdim edilməsində təsdiqləyici materialların mövcudluğu kimi meyarlar əsas götürülmüşdür.Bütün bunları nəzərə alaraq aşağıdakı tədbirlər həyata keçirilmişdir:I. Aylıq çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə komissiya üzvləri arasında əlaqə yaradılmışdır.II. Aylıq çərçivəsində ekskursiyaların təşkili:1. Aylıq çərçivəsində tarix müəllimlərinin təşkilatçılığı ilə Od məbədi “Atəşgah”a 6,7,8-ci sinif şagirdlərinin ekskursiyası təşkil edilmişdir. Bu ekskursiya zamanı şagirdlər məbəddəki ibadətxana və hücrələri gəzərək, Od məbədi “Atəşgah”ın tarixi keçmişi və Zərdüştlük dini haqqında məlumatlar əldə etmişlər.2. Aylıq çərçivəsində yuxarı sinif şagirdlərinin "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyinə və “Qız Qalası“na ekskursiyası təşkil edilmişdir.Bu ekskursiya zamanı şagirdlər muzey əməkdaşı ilə birlikdə 52 otaqlı saray binasını, «Divanxana»nı, XV əsrdə yaşamış saray alimi Seyid Yəhya Bakuvinin (Şirvanı) türbəsini, «Şərq» portalını, saray məscidini, şahın ailəsinə mənsub türbəni, qədim saray hamamını və 70 pilləli yeraltı su anbarı olan şah ovdanını gəzərək "Şirvanşahlar Sarayı Kompleksi"nin tarixi keçmişi haqqında məlumatlar əldə etmişlər.3. Aylıq çərçivəsində tarix və təsviri incəsənət müəllimlərinin təşkilatçılığı ilə 11 a sinif şagirdlərinin “Azərbaycan Dövlət Din Tarixi Muzeyi”nə və “Bibi Heybət“ məscidinə ekskursiyası təşkil edilmişdir.Bu ekskursiya zamanı şagirdlər digər məlumatlarla birlikdə muzeyin islam dininə aid bölməsində müxtəlif illərdə tərtib olunmuş «Quran» əlyazmaları ilə də tanış olmuşlar.4. Aylıq çərçivəsində “Gənc Tarixçilər” klubunun üzvləri tarix və biologiya müəllimlərinin təşkilatçılığı ilə “Qobustan Dövlət Tarix-Bədii Qoruğu”na getmişlər.Bu ekskursiya zamanı açıq səma altında yerləşən Qobustan qayaüstü rəsm abidələri ilə arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif təyinatlı arxeoloji materiallarla tanış olmuşlar.5. Aylıq çərçivəsində ədəbiyyat və tarix müəllimlərinin təşkilatçılığı ilə “YARAT Müasir İncəsənət Məkanı”na 5,6,8 ci sinif şagirdlərinin ekskursiyası təşkil edilmişdir.Bu ekskursiya zamanı şagirdlər “YARAT Müasir İncəsənət Məkanı”nda Azərbaycan rəssamı Faiq Əhmədin "Nə var, odur" və Kolumbiyalı rəssamı Oskar Murillonun "DIS PLACE" adlı fərdi sərgilərinə tamaşa etmişlər. III Aylıq çərçivəsində irəli sürülən təqdimatlar:1. ”XIII-XIV əsr Memarlıq abidələri” mövzusunda 7 b sinif şagirdlərinin təqdimatı2.”Qız qalası”nın 6cı sinif şagirdləri tərəfindən rəngli boya ilə təsviri və təqdimatı3.”Milli geyimlərimizin bərpası” mövzusunda 6-cı sinif şagirdlərimizin təqdimatları4.”Milli musiqi alətlərimiz” mövzusunda 8-9-cu sinif şagirdlərinin təqdimatları 5. “Milli rəqslərimiz” mövzusunda 5ci sinif şagirdlərinin təqdimatları.6. “Mədəniyyət şəhərindən yadigar qalan eksponatlar” mövzusunda 10-cu sinif şagirdlərinin təqdimatı 7. “Şuşanın talan olan muzeyləri“ mövzusunda 11-ci sinif şagirdlərinin təqdimat8. “Xilas olunmuş Qarabağ xalçaları” mövzusunda 9-cu sinif şagirdlərinin təqdimatlarıIV. Aylıq çərçivəsində rəngli kvars daşlarından və kibrit dənələrindən istifadə etməklə şəbəkənin və milli ornamentimiz “Buta”nın təsviri təqdim edilmişdir.V. Aylıq çərçivəsində Azərbaycanın xalça naxışlarının rəngli yun iplərdən, ilmələrdən istifadə etməklə nümayişi həyata keçirilmişdir. VI. Aylıq çərçivəsində açıq dərslərin təşkili1. “Tarixi abidələrin bərpasında Heydər Əliyevin xidmətləri” mövzusunda 9 a sinfində açıq dərs keçirilmişdir.2. “Incəsənətimizin təbliğində Heydər Əliyev Fondunun rolu” mövzusunda 8 a sinfində açıq dərs keçirilmişdirVII. Aylıq çərçivəsində “Ekoloji mədəniyyət və incəsənətin təbliği” mövzusunda foto-albom hazırlanmışdır