Xocalı faciəsi rəsmlərdə
Fevral ayının 24-də Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyətin nümayəndələri Xocalıdan olan məcburi köçkünlərlə birgə “Sahil bağı” nda rayonun ümumtəhsil məktəb şagirdlərinin Xocalı faciəsinin il dönümü ilə əlaqədar təşkil olunmuş rəsm sərgisi ilə tanış olmuşlar. Sərgidə müsabiqəyə təqdim olunan rəsmlər nümayiş etdirilmişdir. Şagirdlər müxtəlif rəngli boya,quaş,akvarel,karandaşlarla çəkdikləri rəsmlərində faciənin müxtəlif məqamlarını əks etdirmişlər. Bu sərgidə T.Məmmədov adına 239 nömrəli tam orta məktəbin şagirdlərinin də rəsmləri böyük maraqla izlənmişdir. Xocalıdan olan məcburi köçkünlər rəsmlərdə Xocalı faciəsindəki hadisələrin şagirdlər tərəfindən məharətlə əks etdirdiklərini vurğulamışlar. Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məktəbin şagirdləri və onların rəsm işləri ilə yaxından tanış olmuşdur.