Fənn aylığı – Riyaziyyat
1-15 fevral tarixlərində 239 nömrəli tam orta məktəbdə “Fənn aylığı” çərçivəsində riyaziyyat müəllimləri – Süleymanova Sevda, İslamova Rəna, İsmayılova Mehriban, Səlimova Samirə, Məmmədova Gülnarənin müvafiq mövzularda açıq dərsləri nümayiş etdirilmişdir. Həmin dərslər məktəb rəhbərliyi və Riyaziyyat fənn metodbirləşməsi tərəfindən təhlil edilmişdir. Dərslərdə eyni zamanda müasir təlim forma və üsullarına, informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsinə geniş yer verilmişdir. Bütün dərslərdə “Prometan” lövhələrindən istifadə olunmuşdur.