“Ekologiya və iqtisadiyyat” aylığı çərçivəsində tədbirlər
“Ekologiya və iqtisadiyyat” aylığı çərçivəsində məktəbimizdə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, VII siniflərdə “Təbiətin harayı” mövzusunda foto-stend tərtib edilmiş, VIII siniflərdə “Qənaət və israfçılıq” mövzusunda layihə tərtib edilmişdir. IX siniflərdə neft və neft emalı sənaye sahələrinin ətraf mühitdə yaratdığı ekoloji gərginlik müzakirə olunmuşdur. X siniflərdə ətraf mühitin yaşıllaşdırılması məqsədi ilə məktəbimizin həyətində ağaclar əkilmişdir.Aylıq mövzusunda qəsəbənin daxilində ekskursiya təşkil edilmişdir.