İlin peşəkar gənci
Yanvar ayının 31-də Azərbaycan Təhsil İşçiləri Azad həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Respublikası təhsil nazirinin müavinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə müxtəlif sahələrdə nailiyyətlər əldə etmiş Azərbaycan gənclərinin bir qismi mükafatlandırılmışlar. Mükafatlandırılanlar sırasında 239 nömrəli tam orta məktəbin müəllimi Həsənova Xədicə Fərrux qızı da var idi. Müəllimimiz “İlin peşəkar gənci” müsabiqəsindəki fəal iştirakına görə "FƏXRİ FƏRMAN"la təltif edilmişdir.