T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə yanvar ayında elan edilmiş “Azərbaycan dili və Ədəbiyyat” fənn aylığı başa çatmışdır.Fənn müəllimlərindən doqquz müəllimin dərsi dinlənilərək təhlil edilmiş və fənn aylığı üzrə “Ən yaxşı dərs” müəyyənləşdirilmişdir.Komissiya üzvlərinin və fənn müəllimlərinin təklifi ilə məktəbin gənc müəllimi Həsənova Xədicənin N.Gəncəvi. “Yaralı bir uşağın dastanı” Mirmehdi Seyidzadə. “Əqrəb və Çanaqlı bağa” (Təsviri və nəqli xarakterli əsərlərdə obrazların təqdim edilməsində oxşar və fərqli cəhətlərin qarşılaşdırılması) mövzusundakı dərsi fənn aylığının “Ən yaxşı dərs”i kimi qiymətləndirilmişdir.