"Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək!"
Səbail Rayon Polis İdarəsinin rəhbərliyi ilə aprel ayının 7- də məktəbimizdə ”Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək!" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon polis idarəsinin rəisi polis polkovniki Hikmət Qasımov , Səbail Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin Təşkili Bölməsinin rəisi, polis baş leytenantı Emin Bağırzadə, Səbail rayon icra hakimiyyətinin şöbə müdiri Orxan Aydınov, Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşı Nicat Quliyev və Səbail Rayon hüquq mühafizə orqanlarının əməkdaşları iştirak etmişlər. Qonaqlar məktəbdə fəaliyyət göstərən “ Qarabağ Azərbaycandır! Lektoriyası", ”Heydər Əliyev və Tarixi Həqiqətlər Lektoriyası" ilə yaxından tanış olmuşlar. Tədbiri məktəbin direktoru Sədaqət Əzimova açaraq mövzunun aktuallığı haqqında geniş məlumat vermiş və sözü Səbail Rayon Polis İdarəsinin rəisi polis polkovniki Hikmət Qasımova vermişdir. Tədbirdə eyni zamanda mövzu ilə bağlı polis baş leytenantı Emin Bağırzadə də çıxış etmişdir. Mövzu ətrafında keçirilən diskusiyalarda şagirdlər tərəfindən irəli sürülən suallar Səbail Rayon polis idarəsinin rəisi polis polkovniki Hikmət Qasımov tərəfindən ətraflı cavablandırılmışdır. Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilmişdir.