Heydər Əliyev və Fövqaladə Hallar
Bakı şəhəri T. Məmmədov adına 239 №-li tam orta məktəbdə 2023-cü il “Mülki Müdafiə Tədbirlər Planı” na uyğun olaraq, aprel ayının 6-da tədbir keçirilmişdir. Tədbir Dövlət himni ilə başlamış və Şəhidlərimizin əziz xatirəsi anılmşdır. Məktəbin 2,5 və 6-cı siniflərində Mülki Müdafiə üzrə açıq dərslər keçirilmiş, fərdi mühafizə vasitələrinin, tibbi avadanlıqların, əmlakın və ilkin tibbi yardımın göstərilməsi, xilas etmə və yanğının söndürülməsi qaydaları nümayiş etdirilmişdir. Bununla yanaşı, Ulu Öndərin dediyi ”Bir hadisənin qarşısını almaq, onun nəticələrinin aradan qaldırılmasından daha asandır” mövzusunda şagirdlərlə söhbətlər aparılmışdır. Tədbirdə Səbail rayon üzrə FH VƏ MM şöbəsinin Baş zabiti Mayor Anar Nazıyev, Baş Məsləhətçisi Rauf Məmmədov və Səbail rayon Badamdar Bələdiyyəsinin sədr müavini Xədicə Həsənova iştirak etmişlər.