Heydər Əliyev və Vətənpərvərlik
Aprel ayının 4-də Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Vətənpərvərlik" mövzusunda seminar keçirilmişdir. Seminarda Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan Ordusu" qazetinin müxbiri Məhərrəmov Vahid Məhəmmədqulu oğlu da iştirak etmişdir. Seminarı məktəbin direktoru Sədaqət Əzimova açmış, seminarla bağlı iştirakçıları məlumatlandırmışdır. Tədbir məktəbin tarix müəllimləri Nəzərova Kəmalə, Məmmədova Dürdanə və onların şagirdləri tərəfindən davam etdirilmişdir. Sonda Məhərrəmov Vahid Məhəmmədqulu oğlu tədbir ilə bağlı öz fikirlərini bildirmişdir.