Şəhid anaları təbrik olunub

Paytaxt məktəbində  şəhid analarının iştirakı ilə Beynəlxalq Qadınlar Günü qeyd olunub.

Bakı şəhəri 239 nömrəli tam orta məktəbdə martın 4-də təşkil olunan tədbirdə şəhid anaları, şəhidlərin ailə üzvləri, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Həşimova, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, İdarənin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Səbail Rayon İcra Hakimiyyətinin (RİH) Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov və həmin şöbənin əməkdaşı Nicat Quliyev, Səbail RİH-in Badamdar qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanov, məktəbin direktoru Sədaqət Əzimova, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər şəhid analarını və şəhidlərin ailə üzvlərini 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildiriblər. Tarixin bütün dövrlərində Azərbaycan qadınının ağlı, təmkini, vəfası və yüksək analıq keyfiyyətləri ilə seçildiyini, zərifliyin, nəcibliyin, gözəlliyin rəmzi olduğunu söyləyiblər.

Daha sonra şəhid adı daşıyan siniflərdə Vətənin bütövlüyü uğrunda canından keçən qəhrəmanlara həsr olunmuş xüsusi dərslər təşkil edilib, müvafiq təqdimatlar nümayiş olunub. “Şəhid ailələrinə dövlət qayğısı" və "Mənim şəhidim" mövzusunda videoçarxlar təqdim edilib.

Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi