İdman həftəsi. Mukafatlandırma

Bu gün məktəbdə 27 fevral-5 mart tarixlərində keçirilən 3 mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə təşkil olunan İdman həftəsinə yekun vuruldu. Tədbirdə fiziki tərbiyə müəllimləri, məktəb rəhbərliyi iştirak etmiş, xüsusi fəallığı ilə seçilən, uğurlar əldə edən şagirdlər diplomlarla təltif edilmişlər. Qeyd edək ki İdman həftəsi çərçivəsində müxtəlif fəaliyyətlər həyata keçirilmiş, şagirdlərin səhər gimnastikasi, idman növləri haqqında, idmançıların yarışa hazırlığının psixoloji yanaşması mövzusunda söhbətlər aparılmış, idman nailiyyətləri olan idmançılarla görüş, idman viktorinası, şagirdlər arasında "Sürətli qaçış" və rəsm müsabiqəsi, "Şən startlar" estafet yarışı, Basketbol yarışı , Qol güləşi və bir sıra maarifləndirmə tədbirləri həyata keçirilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi