1 Mart Ümumdünya Mülki Müdafiə günüdür

Bakı şəhəri T. Məmmədov adına 239 №-li tam orta məktəbdə Mart ayının 1-də 1 Mart Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş “ Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirilmişdir.
Ölkəmizdə koronavirus (covid-19) pandemiyasının geniş yayılma təhlükəsinin qarşısını almaq məqsədilə qeyd olunan mövzu ilə bağlı tədbirə məhdud sayda iştirakçı cəlb olunmuşdur.
Məktəbin 2,5 və 6-cı siniflərində Mülki Müdafiə üzrə açıq dərslər keçirilmişdir. Fərdi mühafizə vasitələrinin, tibbi avadanlıqların, əmlakın və ilkin tibbi yardımın göstərilməsi, xilasetmə və yanğının söndürülməsi qaydaları nümayiş etdirilmişdir.