Heydər Əliyev və Xocalı faciəsi. Xocalı Harayı

Fevaral ayının 24-də məktəbimizin bütün siniflərdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş dərslər keçirilmiş, şagirdlərin rəsm işlərindən və kitablardan ibarət sərgi nümayiş olunmuş, müsabiqələr təşkil edilmiş, şagirdlərin ifasında "Heydər Əliyev və Xocalı faciəsi" mövzusunda ədəbi-bədii kompozisiyanı təqdim edilmişdir.

 Eyni zamanda məktəbin akt zalında “Xocalı harayı” mövzusunda geniş tədbir keçirilmişdir. Tədbirdə məktəbin bütün təhsil pillələri üzrə şagirdləri, fənn müəllimləri, məktəb rəhbərliyi  iştirak etmişdir. Bununla yanaşı, tədbirdə Şəhid Şükürlü Elvinin  valideynləri, Badamdar Bələdiyyəsinin sədr müavinləri Rauf Mayılov və Xədicə Həsənova qonaq qismində iştirak etmişlər. Sonda məktəb rəhbərliyi, Badamdar Bələdiyyəsinin sədr müavini Rauf Mayılov tədbirlə bağlı öz fikirlərini bildirmiş, şəhid anası Vəfa xanım oğlu Şükürlü Elvin haqqında geniş məlumat vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi