21 fevral Beynəlxalq ana dili günüdür.
Fevral ayının 21-də məktəbdə "Beynəlxalq ana dili günü" mövzusunda dərslər keçirilmişdir.
Eyni zamanda məktəbin "Heydər Əliyev və Tarixi Həqiqətlər" lektoriyasında kitabxana müdiri Cəfərova Kifayət və kitabxanaçı Orucova Aygün tərəfindən hazırlanan "Danışan kitablar" layihəsi təqdim edilmişdir. Layihənin əsas məqsədi kitabxanada olan kitabların bütün oxucu kontingentinə eyni anda əlçatanlığının təmin edilməsidir. Layihədə ilkin mərhələdə Bəhram Bağırzadənin müəllifi olduğu uşaqlar üçün yazılmış "Şuşa" kitabı təqdim edilmiş kitabda əks olunan milli-mənəvi dəyərlərimizdən söhbət açılmış və şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.