2 fevral – Azərbaycan Gəncləri günü Heydər Əliyev və Gənclər Siyasəti
Fevral ayının 2-də məktəbdə Gənclər gününə həsr edilmiş geniş tədbir keçirilmişdir.
Tədbirin 1-ci hissəsi “Heydər Əliyev və tarixi həqiqətlər” lektoriyasında yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuşdur.
Tədbiri məktəbin direktoru Sədaqət Əzimova açaraq, mövzu ilə bağlı geniş məlumat vermişdir. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin Gənclər siyasəti haqqında şagirdlərlə keçirilən diskussiya xüsusi diqqəti cəlb etmişdir. Tədbirdə Heydər Əliyevin gənclərlə görüşündən videolentlərin mümayişi də maraqla izlənmişdir.
Tədbirin 2-ci hissə “Qarabağ Azərbaycandır” lektoriyasında davam etdirilmişdir. Badamdar Bələdiyyəsinin sədr müavini – Azərbaycan dili və Ədəbiyyatı müəllimi - Xədicə Həsənova Səbail rayon Şəhidləri haqqında faktlara əsaslanaraq maraqlı məlumatlar vermiş və bildirmişdir ki, Şəhidlərimizin qəhrəmanlıqlarını nəsildən – nəsilə ötürmək, onların nümunəsində gənclərimizi tərbiyə etmək bizim əsas vəzifəmizdir.
Sonda məktəbin yuxarı sinif şagirdləri Səbail rayon Şəhidlərinin məzarını ziyarət etmişlər.