O yanvar gecəsi. Heydər Əliyev və 20 Yanvar faciəsi

Yanvar ayının 19-da Bakı  şəhəri T.Məmmədov adına 239 №-li tam orta məktəbdə  20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “O Yanvar gecəsi” mövzusunda geniş tədbir keçirilmişdir. Tədbiri məktəbin direktoru Əzimova Sədaqət xanım açmışdır. Tədbirdə Səbail rayonu Şəhid ailələri, Badamdar Bələdiyyəsinin rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranlar birliyinin Səbail təşkilatının sədr müavini Altay Babaşov, valideynlər iştirak etmişlər.

Tədbirin proqramı:

1. 20 Yanvar faciəsinin 33-cü il dönümünə həsr olunmuş “O Yanvar gecəsi” mövzusunda ədəbi bədii kompozisiyanın təqdimatı.

2. “Mənim Şəhidim” layihəsi çərçivəsində şəhid ailəsi ilə bağlı valideynlərin təqdimatı.

3. Siniflərə Şəhid adlarının verilməsi.

Tədbirin sonunda “Mənim Şəhidim” layihəsində iştirak edən siniflərin valideynləri  Şəhid ailələrinə simvolik hədiyyələr təqdim etmişlər.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi