Ən ümdə vəzifəmiz
Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbdə 09.12.2016 il tarixində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Ən ümdə vəzifəmiz” mövzusunda dəyirmi masa keçirilmişdir.Tədbiri məktəbin direktoru Sədaqət Əzimova açaraq Ulu Öndərin anım günü ilə əlaqədar məktəbin “Tədbirlər planı”nın bütövlükdə həyata keçirildiyi və bugünki tədbirin mahiyyəti haqqında geniş məlumat vermişdir. Daha sonra söz məktəbin tarix müəllimi Rita Novruzovaya verilmişdir. O, “Xalqın xilaskarı” mövzusunda məruzə etmişdir.Tədbir şagirdlər tərəfindən hazırlanmış “Heydər Əliyev və Azərbaycanda Uşaq Hüquqları” mövzusunda təqdimatların nümayişi ilə davam etmişdir. Tədbirdə eyni zamanda, Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı müəllim və şagirdlər arasında fikir mübadiləsinə geniş yer verilmişdir.