"Mənim Şəhidim" adlı layihənin növbəti mərhələsi keçirildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr-20 noyabr 2022-ci il tarixlərdə “Uşaq hüquqları aylığı” elan edilib. Bununla bağlı məktəbimizdə noyabr ayının 15-də  “Mənim Şəhidim” adlı layihənin növbəti mərhələsi keçirilmişdir. “Qarabağ Azərbaycandır!” lektoriyasında məktəbin Şəhid məzunu Vüsal Teymurovun valideyni ilə ona dərs demiş müəllimlərin “Şəhidlik zirvəsinə aparan yol” mövzusunda görüşü təşkil edilmişdir. Görüşdə müəllimlər Şəhid Vüsal haqqında xatirələrini bölüşmüşlər. Sonda Şəhid Vüsalın anası Nahidə Teymurova məktəb kollektivinə öz təşəkkürünü bildirmişdir.

 Qeyd edək ki, 10 noyabr tarixində keçirilmiş ilkin mərhələdə bütün sinif şagirdləri “Mənim şəhidim” layihəsinin proqramı ilə tanış olmuşlar. Şagirdlərimizin  II Fəxri Xiyabana, Hərbi Qənimətlər Parkına ekskursiyaları təşkil edilmişdir. Bu ərəfədə Səbail rayon İcra Başçısının rəhbərliyi altında məktəbin müəllim və şagird kollektivi Vüsalın evi önündəki barelyefi və Badamdar qəbirstanlığındakı məzarını da ziyarət etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi