Şəhid məzunumuz Vüsal Teymurovun anım günü

Məktəbin şəhid məzunu Vüsal Zakir oğlu Teymurov 1991-ci il martın 4-də Bakı şəhərində anadan olub.

1997-2008-ci illərdə Bakı şəhəri, Səbail rayonu T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə, 2008-2012-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin “Gömrük işinin təşkili” fakültəsində təhsil alıb.

Vüsal Teymurov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüsal Teymurov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Vüsal Teymurov noyabrın 8-də Şuşa döyüşləri zamanı qəhrəmanlıqla şəhid olub. Bakı şəhərində torpağa tapşırılıb. Vüsal Teymurov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi