Xalqın zəfər tarixini yazanlar, yaradanlar!
Noyabr 3-də məktəbdə Zəfər Gününə həsr olunmuş “Xalqının Zəfər Tarixini Yazanlar, Yaradanlar” mövzusunda tədbir keçirilib.
Tədbirdə Səbail rayonunun I və II Vətən müharibəsi Şəhidlərinin valideynləri, Badamdar qəsəbə Bələdiyyəsinin sədr müavinləri Rauf Mayılov, Xədicə Həsənova, Səbail rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisinin müavini Polkovnik-leytenant Ramin Hacıyev, Səbail rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının Çağırış Baş İdarəsinin baş zabiti mayor Rəşad Quliyev, eyni zamanda məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şagirdlərimiz Zəfər Gününü xalqımıza yaşadan şəhidlərimizə həsr olunmuş ədəbi-bədii kompozisiyanı təqdim ediblər. İbtidai sinif şagirdləri isə “Qarabağ Azərbaycandır!” mövzusunda səhnəcik nümayiş etdiriblər.