Şagird Nailiyyəti
Oktyabrın 28-də Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən təşkil olunmuş "Mənim gündəliyim" oxu və yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılmışdır. Mükafatlandırma mərasimində çıxış edən Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva mütaliənin şagirdlərimizin dünyagörüşünün, mənəviyyatının formalaşmasında böyük rolu olduğunu qeyd etmişdir. Məktəbimizin 4-cü sinif şagirdi Abbaslı Leyla da qaliblər arasında olmuşdur.