"Uşaq hüquqları aylığı" çərçivəsində görüş keçirildi
20 oktyabr-20 noyabr "Uşaq hüquqları aylığı" çərçivəsində məktəbimizdə Səbail Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra başçısının müavini Kəmalə Həşimova, Səbail rayon Polis idarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki iş şöbəsinin rəisi Emin Bağırzadə, Ombudsman Aparatının əməkdaşı Azər İsalı çıxışlar etmiş, şagirdlərlə maraqlı, maarifləndirici söhbətlər aparmışlar.