ŞƏHİD MƏZUNLARIMIZ
Məktəbimizdə Səbail Rayon İcra başçısının rəhbərliyi altında "Şəhid məzunlarımız" abidə kompleksinin açılışı həyata keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra başçısı Vuqar Zeynalov, Səbail rayonu millət vəkili Nigar Arparadari, Səbail YAP təşkilatının sədri Muxtar Nağıyev və digər rəhbər işçilər iştirak etmişlər. Tədbiri Səbail Rayon İcra başçısı Vuqar Zeynalov açmışdır. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhid ailələrinin çıxışları dinlənilmişdir. Sonda şagirdlərimizin ifasında ədəbi-bədii kompazisiya nümayiş etdirilmişdir.