Zəfər-44 Uşaq Rəsm Yaradacılıq Turniri

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı möhtəşəm tarixi zəfərə həsr olunmuş “ZƏFƏR – 44” adlı uşaq rəsm yaradıcılıq turniri keçirilmişdir. Məktəbimizin 6-cı sinif şagirdi Tağıyeva Xədicə və 11-ci sinif şagirdi Həsənova Səmayəxanım turnirdə iştirak edərək, hərbi-vətənpərvərlik mövzusunda maraqlı rəsmlər çəkmişlər.