Uşaq hüquqları aylığı
Bakı Şəhəri Səbail Rayonu T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə noyabrın 15-də Səbail Rayonu İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” üzrə Rayon komissiyası Rayon Polis İdarəsi ilə birlikdə tədbir keçirmişdir. Tədbiri məktəbin direktoru Sədaqət Əzimova açıq elan etmiş, Dövlət Himni səslənmişdir. Sədaqət Əzimova keçirilən tədbirin şagirdlər üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Məlumat olaraq bildirmişdir ki, mövzu ilə bağlı məktəbin gənc müəllimi, Badamdar Bələdiyyəsinin üzvü Xədicə Həsənova “Uşaq hüquqları,uşaqlar və problemlər” mövzusunda layihə irəli sürmüşdür. Layihənin təqdimatı məktəbin yuxarı sinif şagirdləri tərəfindən həyata keçirilmişdir. Tədbirdə: Səbail Rayon Polis şöbəsindən Anar Nağıyev, Ayxan Məmmədov, Gülzar Əliyeva, Bakı şəhər Narkoloji Dispanserin doktoru Pərvanə xanım, Qızıl Aypara cəmiyyət əməkdaşı Adilə xanım, Badamdar Bələdiyyəsi və Badamdar Qəsəbəsi üzrə İcra Nümayəndəliyinin rəhbərliyi, Badamdar qəsəbəsində yerləşən 236 və 329 nömrəli tam orta məktəblərin rəhbərliyi iştirak etmişlər. Tədbir iştirakçıları mövzu ətrafında geniş çıxışlar etmiş, şagirdlərin suallarını cavablandırmışlar. Tədbirdə mövzu ilə bağlı slaydlar nümayiş etdirilmişdir. Şagirdlərin əl işlərindən ibarət sərgi də iştirakçıların böyük marağına səbəb olmuşdur.