Son Zəng
İyun ayının 14-də məktəbdə Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayevin əmrinə uyğun olaraq “Son Zəng” tədbiri keçirilmişdir.
Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar təşkilatının Səbail Rayon komitəsinin sədri Mükafat Abbasov, Badamdar Bələdiyyəsinin sədr müavini Həsənova Xədicə, məktəb rəhbərliyi, valideynlər və hal-hazırda təqaütdə olan 11-ci siniflərin ibtidai sinif müəllimləri iştirak etmişlər. Tədbiri məktəbin direktoru Sədaqət xanım Əzimova açıq elan etmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə məktəbin bir qrup müəllim və şagirdləri məktəb rəhbərliyi tərəfindən “Heydər Əliyev və tarixi həqiqətlər” lektoriyasında ilboyu keçirilmiş tədbirlərdə, “”Qarabağ Azərbaycandır” lektoriyasında isə Şəhidlərimizin əziz xatirəsinini əbədiləşdirilməsi məqsədilə hazırlanmış tədbirlərdə fəal iştiraklarına görə Fəxri Fərmanla təltif olunmuşlar.
Eyni zamanda məktəbin bir neçə müəllimi - Qarayeva Bəniyə, Nəzərova Kəmalə və Rüstəmova Zəhra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar təşkilatının Səbail Rayon komitəsinin sədri Mükafat Abbasov tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar.
Tədbir Son Zəng sədaları altında başa çatmışdır.