"Mənim Gündəliyim" Müsabiqəsinin Məktəb Mərhələsi
İyun ayının1-də məktəbdə “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirildi. Fevral ayının 14-dən başlayan bu müsabiqədə məktəbimizin yüzlərlə şagirdi iştirak etmişdir. Ancaq onların içərisində 3-8-ci sinif şagirdləri daha fəal olmuş, onlarla kitab oxumuşlar. Bu gün isə onların tərtib etdikləri gündəliklərə təlim-tərbiyə işləri üzrə direktor müavinləri, ədəbiyyat müəllimləri və kitabxanaçılardan ibarət münsiflər heyəti tərəfindən baxış təşkil olunmuşdur. Qiymətləndirmə meyarlarına uyğun olaraq ən yaxşı işlər seçilmiş və müsabiqənin Bakı şəhər mərhələsinə təqdim olunması üçün müəyyənləşdirilmişdir