Maarifləndirici Tədbir
May ayının 31-də məktəbdə son zəng ərəfəsində Səbail rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki iş bölməsinin rəisi Emin Bağırzadə, Baş inspektor polis mayor Faiq Qasımov və İnspektor Gülər Əliyeva 11-ci sinif şagirdləri ilə təhlükəsizlik qaydaları, buraxılış siniflərində intihar halları haqqında profilaktik söhbətlər aparmışlar.
Sonda qonaqlar məktəbdə yeni yaradılmış “Qarabağ Azərbaycandır” lektoriyası ilə yaxından tanış olmuşlar.