Təlimdə Tər- Döyüşdə Zəfər
May ayının 27-də məktəbdə “Şuşa ili” və 28 May “Müstəqillik Günü”nə həsr olunmuş “Təlimdə Tər- Döyüşdə Zəfər” adlı “Hərbi İdman Bayramı” keçirilmişdir. “Hərbi İdman Bayramı”nda Səbail rayonu üzrə 11 məktəb komandası iştirak etmişdir. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayonunun rəis müavini Hacıyev Ramin, Çağırış şöbəsinin rəisi Əlizadə Namiq və Səbail rayon məktəblərinin hərbi rəhbərləri iştirak etmişlər.Tədbirə Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.Eyni zamanda Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə ilk çıxış sözü 239 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əzimovaya verilmiş, tədbir iştirakçılarını salamlamış və komandalara uğurlar arzu etmişdir. Sonra söz Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayonunun rəis müavini Hacıyev Raminə verilmişdir. Yarış müxtəlif mərhələlərdə davam etdirilmiş və sonda yaxşı nəticə göstərən məktəblərdən : I yer 236 nömrəli tam orta məktəb, II yer 91 nömrəli tam orta məktəb,III yer 239 nömrəli tam orta məktəb, IV yer-163 nömrəli tam orta məktəb layiq görülərək Fəxri Fərmanla təltif edilmişdir. Eyni zamanda, “Təlimdə Tər-Döyüşdə Zəfər” “Hərbi İdman Bayramı”nın yüksək səviyyədə təşkilinə görə 239 nömrəli tam orta məktəb Fəxri Fərmanla təltif olunmuşdur