Müstəqil dövlətimizin qorunması mühüm şərtdir
Səbail rayonu T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə 12.11.2016-cı il tarixində “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün ali və orta ümumtəhsil müəssisələrində elmi-praktik konfransların təşkili” layihəsi çərçivəsində seminar keçirilmişdir.Seminar “Müstəqil dövlətimizin qorunması mühüm şərtdir”mövzusuna həsr edilmişdir. Seminarda “Müharibədən zərər çəkən nəqliyyat işçiləri” ictimai birliyinin sədri Xədicə Babayeva, BDU-nun professoru, “Əsgər anaları şurasının” sədri Leyla Gərəyzadə, Qars Türkiyə Universitetinin dossenti Ellada Gərəyzadə, “Şur” nəşriyyatının direktoru, şair Musa Ələkbərli, “İçtimai” televiziya və radiosunun əməkdaşı Kamil Məmmədov, İslamşünas Tahir Abbaslı,məktəb rəhbərliyi,məktəbin müəllimləri,şagirdləri iştirak etmişlər. Tədbiri məktəbin direktoru Sədaqət Əzimova açıq elan etmiş,Dövlət Himni səslənmişdir.Sonra mövzu ətrafında şagirdlərin təqdimatları dinlənmişdir.Tədbir Heydər Əliyev irsinin tədqiqatçısı, “Ümid Çırağı” jurnalının baş redaktoru Xədicə Babayevanın “Müstəqil dövlətimizin qorunması mühüm şərtdir” mövzusunda geniş məruzəsi ilə davam etmişdir.Tədbirin qonaqları mövzu ətrafında çıxışlar etmişlər.Daha sonra şagirdlərlə elm xadimləri,din xadimləri arasında maraqlı diskussiya ,fikir mübadiləsi keçirilmişdir.İştirakçıların böyük marağına səbəb olan tədbir 2 saatdan artıq davam etmişdir.