Uğurları ilə Seçilən Kərim

    Məktəbin 6-cı sinif şagirdi Cəlilov Kərim  bacarıqları ilə  yaşıdlarından seçilən şagirddir. Yaşının az olmasına  baxmayaraq o, saysız –hesabsız uğurlara imza atmışdır.

   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Ümid 2020 müsabiqəsinin qalibi olmuşdur.

   2018-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman İdarəsi Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirdə Novruz bayramına həsr olunmuş folklor musiqi müsabiqəsində simli alətlərdə solo ifa nominasiyası üzrə Fəxri Fərmanla təltif olunmuşdur.

   “Sən istedadsan” bədii yaradıcılıq və özfəaliyyət kollektivlərinə baxış müsabiqəsində diplomat adına layiq görülmüşdür.

   Yasamal rayon mərkəzləşdirilmiş kitabxana sistemi M.Ş Vazeh adına mərkəzi kitabxananın Zəfər gününə həsr olunmuş tədbirdə Fəxri  Fərmanla təltif olunmuşdur.

   384 nömrəli hərbi hissənin komandiri polkovnik Vidadi Cahangirov tərəfindən Fəxri Fərmanla təltif olunub. Tədbir 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il günü münasibətilə hərbi hissədə keçirilən yeni il proqramında Gənclər və İdman Nazirliyi Səbail Rayon Gənclər və İdman idarəsi tərəfindən keçirilən tədbirdə milli musiqinin təbliğinə görə Fəxri Fərmanla təltif olunmuşdur.

   Məmmədyarovlar Şahmat Məktəbinin keçirdiyi  4-cü dərəcələr və dərəcəsi olmayan uşaqlar arasında rapid turnirində I yer tutduğuna görə Diplomla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi