eTwinning layihəsi
eTwinning layihəsi çərçivəsində Azərbaycan və Türkiyə məktəblilərinin ortaq iş birliyi olan “Bir su meselesi” layihəsi çərçivəsində məktəbimizin 6C sinif şagirdləri 28 Aprel 2022-ci il tarixində Zoom platformasında bağlanış mərasimində iştirak etmişlər. Şagirdlər Türkiyə məktəblilərinə “Azərbaycanın su hövzələri “mövzusunda təqdimat etmişlər, məktəbimizin 9C sinif şagirdi Nəcəfova Sevinc “Cəngi” milli rəqsini ifa etmişdir.
Layihə çərçivəsində şagirdlər suyun dünyada önəmi haqqında müxtəlif araşdırmalar etmiş ,yeni Web 2 açarları vasitəsilə su haqqında hekayə ,musiqi və cizgi filmi yaratmışlar.