Reproduktiv saglamlığın keçirilməsinə dair hesabat.
Məktəbimizdə Təlim kursunun keçirilməsində məqsəd gənc nəslin zərərli vərdişlərdən qorunması, yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə yardım etməkdir. Kursun iştirakçıları kurs ərzində “Reproduktiv sağlamlıq nədir?”, yeniyetmələrin cinsi davranışları, erkən nigahın fəsadları, ailə planlaşdırılması, Zərərli vərdişlər: Siqaret çəkmək, Alkoqolizm və narkomaniya Təhlükəsiz informasiya axtarışı mövzularında ətraflı məlumatlar verilmişdir.
Mövzuların tədrisində əsas məqsəd özünə və başqalarına hörmət edən, situasiyanı və şəxsi davranışını təhlil və idarə edən, öz sağlamlığı üçün məsuliyyət daşıyan cəmiyyət üçün inamlı şəxsiyyət yetişdirməkdir.
Hər həftəyə uyğun olaraq mövzunu əhatə edən mühazirə materialları və prezentasiyalar təqdim olunmuş. Həftənin sonunda mövzu üzrə test tapşırıqları tətbiq edilmişdir. Tədris boyunca oğlan və qızlar üçün ayrılıqda şagird qrupları təşkil edilmiş reproduktiv sağlamlığa dair mövzular tədris edilmişdir.
Tədris olunan məşğələlər məktəbin biologiya fənn müəllimləri Ağayeva Reyhan, Əhmədova Arzu, Qayıblı Nübar və fiziki tərbiyə müəllimi Həsənov Emin tərəfindən tədris edilmişdir.
Həmin müəllimlər ümumi orta təhsil səviyyəsinin VI sinfindən başlayaraq göstərilən məzmun standartlarının reallaşdırılmasını həyata keçirmişlər.