Ümumdünya Mülki Müdafiə Günü
Məktəbdə 2022-ci il üçün Mülki Müdafiə hazırlığı üzrə tədbirlər planına əsasən 25 aprel 2022-ci il tarixində ”Təbii faləkətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi”, “Könüllülərin rolu və pandemiya ilə mübarizə” mövzularında tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon üzrə FH və MM şöbəsinin baş köməkçisi mayor Nazıyev Anar iştirak etmişdir. Tədbir həyəcan siqnalı ilə başlamış, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Dövlət Bayrağı Meydana gətirilmişdir.
Fövqəladə hadisələr zamanı xilasetmə, yanğınsöndürmə və tibbi biliklər, nəzəri biliklər əyani formada göstərilmişdir. Mülki Müdafiə plakatları, əmlakları, ədəbiyyatları, şagirdlərin rəsm işləri nümayiş etdirilmiş lazımı təbliğat və izahat işləri aparılmışdır.
2,5 və 6-cı siniflərdə Mülki Müdafiə üzrə açıq dərslər keçirilmişdir.
Bütövlükdə, Mülki Müdafiə günü tədbirlər planına uyğun aparılmış, aktual olan mövzu üzrə işçilərin maarifləndirilməsinə xidmət etmişdir.