“Tap Hansı Nağıldır” adlı Viktorina

    Məktəbin kitabxanaçıları tərəfindən “Heydər Əliyev və tarixi həqiqətlər” lektoriyasında “Beynəlxalq kitab və müəllif hüquqları günü”nə həsr olunmuş “Tap hansı nağıldır” adlı viktorina keçirilmişdir.

     İlk olaraq məktəbin kitabxana müdiri Kifayət Cəfərova kitab, müəllif,kitabxana və fond haqqında şagirdlərə məlumat vermiş və kitabların yaranması haqqında videoçarxlar nümayiş etdirilmişdir.

 “Tap hansı nağıldır” adlı viktorinada məktəbin 1-ci sinif şagirdləri iştirak etmişlər. Viktorinada şagirdlərə keçdikləri nağıllar haqqında suallar verilmişdir. Ən tez cavab verən şagird qalib hesab olunmuşdur.

   Sonda qalib olunan şagirdlər kitabxana tərəfindən maraqlı kitablarla mükafatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi