Bahar Çələngi
Novruz Azərbaycan xalqının ta qədimdən bu günədək sevə-sevə qeyd etdiyi bayramlardan biridir. Novruz yeni ilin başlanğıcı, bolluq, bərəkət və firavanlığın rəmzi hesab olunur.
Mart ayının 15-də məktəbdə “Bahar Çələngi”layihəsinin icrası ilə bağlı “Tədbirlər Planı”na uyğun olaraq, silsilə tədbirlər keçirilmişdir. “Bahar Çələngi” adlı tədbirdə şagirdlərin ifasında Azərbaycanın milli rəqsləri, Novruz bayramına həsr olunmuş mahnılar, həmçinin, qədim çalğı alətlərimizdən olan sazda “Ruhani” havası ifa olunmuşdur. Aktyorluq bacarığı olan şagirdlər tərəfindən isə “Kosa-Kosa”, “Haxışta” oyunu keçirilmişdir.
Sonda məktəbin həyətində tonqal qalanmış və tədbir iştirakçıları tonqal ətrafında Novruz adət-ənənsini özündə əks etdirən “Yallı” rəqsi etmişlər.