5 Mart –Bədən Tərbiyəsi və İdman Günü
Təhsil alanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönümlü işlərin aparılması ilə əlaqədar olaraq 28 fevaral-4mart 2022-ci il tarixində məktəbdə idman həftəsi keçirilmişdir.
Tədbirlər planına uyğun olaraq, məktəbin fiziki tərbiyə müəllimləri siniflərdə bir sıra tədbirlər həyata keçirmişdir:
Səhər gimnastikası
İdmançıların yarışa hazırlanmasının psixoloji yanaşması
Olimpiya oyunları haqqında mövzular
İdman viktorinası
Voleybol
Basketbol
Ən sürətli şagird qaçış yarışı
Sağlam qidalanma ilə bağlı söhbətlər