18 Oktyabr - Dövlət Müstəqilliyi Günü
Oktyabr ayının 18-də T.Məmmədov adına 239 №-li tam orta məktəbdə Dövlət Müstəqilliyimizin 25- ci il dönümünə həsr edilmiş “Tədbirlər planı” əsasında geniş tədbirlər həyata keçirilmişdir. Belə ki, bütün siniflərdə sinif saatı hesabına “18 Oktyabr – Dövlət Müstəqilliyi Günü” mövzusunda təşkilat saatları keçirilmiş, bir neçə sinifdə müəllimlər (Məmmədova Gülbəniz, Əzizova Cəmilə, Əliyeva Aybəniz, Həsənova Xədicə, Qayıblı Nügbar) “18 Oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyi Günüdür” mövzusunda açıq dərslər keçirmişlər. Həmin dərslərdə şagirdlər mövzu ilə bağlı təqdimatlar irəli sürmüş, Azərbaycanın tanınmış şairlərinin şerlərini səsləndirmiş, Dövlət Müstəqilliyimizin nece keşmə-keşli, şərəfli yoldan keçdiyindən söhbət açmış və video çarxlar nümayiş etdirilmişdir. Şagirdlərimiz bir daha əmin olmuşlar ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyevin siyasəti təkcə tarixə çevirilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır. Günün sonunda “18 Oktyabr – Dövlət Müstəqilliyi Günü” mövzusunda dəyirmi masa keçirilmişdir.