Heç Kim və Heç Nə Unudulmayacaq
Fevral ayınını 25-də məktəbdə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Heç kim və heç nə unudulmayacaq!” mövzusunda tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılmış və Xocalı Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Məktəbin yuxarı sinif şagirdlərinin ifasında tədbir iştirakçılarına mövzu ilə bağlı ədəbi bədii kompozisiya ,səhnəciklər və videoçarxlar nümayiş etdirilmişdir. Tədbirdə iştirak etmiş Səbail rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Həmid-xan Tahirli tədbirlə bağlı öz fikirlərini bildirmiş, məktəb rəhbərliyinə və tədbir təşkilatçılarına minnətdarlıq etmişdir.
Sonda məktəbin direktoru S.Q Əzimova, tədbir təşkilatçıları- Zəhra Rüstəmova, Gülbəniz Rəsulova və şagirdlər tədbirlə bağlı öz təəssüratlarını bölüşmüşlər.