20 Yanvar –Qan Yaddaşımız

Yanvar ayının 18-də məktəbdə  20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş “20 Yanvar –Qan Yaddaşımız” mövzusunda tədbir keçirilmişdir.Tədbir Azərbaycan Respublikasının Himni ilə açılmış və Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilmiş,şagirdlər tərəfindən mahnılar,şeirlər ifa olunmuş və “20 Yanvar –Qan Yaddaşımız”adlı kompozisiya təqdim edilmişdir. Eyni zamanda,məktəbdə mövzu ilə bağlı sərgi də ​ təşkil olunmuşdur.

Daha sonra, 44 günlük Zəfərlə bağlı şeirlər söylənilmiş və aparıcılar tərəfindən bu Zəfərin əldə olunmasında ​ Dövlət Başçımız Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasəti və Vətən uğrunda öz canlarından keçmiş Şəhidlərimiz haqqında şagirdlərə geniş məlumat verilmişdir.

Həmçinin, tədbir iştirakçıları məktəbdə fəaliyyət göstərən “Qarabağ ​ Azərbaycandır” lektroyasında Şəhidlərimizin həyat və fəaliyyəti , döyüş yolu ilə yaxından tanış olmuşlar.

Sonda, məktəbin direktoru,20 Yanvar faciəsinin canlı şahidi Sədaqət Əzimova tədbir iştirakçılarına o şaxtalı yanvar günü facəsi və onun ağır nəticələri haqqında geniş məlumat vermiş və bildirmişdir ki, Şəhidlərimizin xatirəsini daim uca tutmaq hər birimizin vətəndaşlıq borcudur.

Tədbirdən sonra məktəbin bir qrup şagird,müəllim və rəhbər işçilərinin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi