Fəxrimiz Tofiq Məmmədov

Dekabr ayının 27-də məktəbin məzunu, eyni zamanda məktəbin adını daşıdığı Şəhid Tofiq Məmmədovun Anım gününə həsr olunmuş dərslər keçirilmişdir. Həmçinin, məktəbin Akt zalında şagirdlərə Şəhidin şərəfli həyat yolu haqqında videoçarx nümayiş etdirilmişdir.
Tofiq Əbülfəz oğlu Məmmədov 1958-ci il dekabrın 27-də imkansız fəhlə ailəsində anadan olmuşdur . Tofiq Məmmədov məktəbin 10-cu sinfini qurtarmışdır.
Sovet ordusu sıralarında Gürcüstanın Axalkalakiya rayonunda qulluq etmişdir.Hərbi xidməti qurtardıqdan sonra Güzdəkdəki kaloniyada işə girmişdir, sonra ermənilərin başımıza açdığı bəlaya dözməyib, Milli Orduya yazılmış, 1991-ci il 5 dekabrda Şəhidlər xiyabanında and içib, Qarabağa getmək niyyətini bidirmişdir. 9 dekabrda isə Qarabağa getmiş və 27-dən 28- nə keçən gecə Kərkicahan qəsəbəsində mühasirəyə düşərək 6 saat davam edən şiddətli döyüşdə qəhrəmancasına vuruşub şəhid olmuşdur.