Narkomanlıq Ümumi Bəşəri Bəladır

Dekabr ayının 10-da məktəbdə yuxarı sinif şagirdlər ilə birgə məktəbin Akt zalında “Narkomanlıq ümumi bəşəri bəladır,ona qarşı mübarizə hamımızın vəzifəsidir” mövzusunda tədbir kecirilmişdir. Tədbirdə Səbail Rayon Polis İdarəsinin rəisi,polis polkovniki cənab Hikmət Qasımov,narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon komissiyasının sədri, Səbail rayon İcra Başçısının müavini cənab Eldar Ağayev, Bakı şəhəri Narkoloji mərkəzin Həkim Narkoloqu Fizzə Baxışova,Səbail Rayon Polis İdarəsinin , narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili ,polis kapitanı Samuray Abbasov və digərləri iştrirak etmişlər. Tədbir Azərbaycan Respublikasının himni ilə acilmış və məktəbin direktoru Əzimova Sədaqət qonaqları salamlamış , tədbir iştirakçılarına mövzunun aktuallığını xüsusi qeyd etmişdir.Tədbirdə “Narkomanliq ümumi bəşəri bəladır,” mövzusunda çıxışlar və təqdimatlar irəli sürülmüş ,Daxili İşlər Nazirliyi tərəfindən xüsusi hazırlanmış dünyada tüğyan edən narkomaniya adlı bəlanın bütün dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olunmuşdur.Daha sonra, Səbail Rayon Polis İdarəsinin rəisi polis polkovniki cənab Hikmət Qasımov mövzu ilə bağlı geniş çıxış etmiş, mövzu ətrafında diskusiyya təşkil edilmiş və şagirdlərin sualları cavablandırılmışdır.Sonda cənab Hikmət Qasımov məktəb rəhbərliyinə və tədbir iştirakçılarına, şagirdlərə öz minnətdarlığını bildirmiş və gələcək işlərində onlara müvəffəqiyyətlər arzulamışdır.Cənab Hikmət Qasımov başda olmaqla qonaqlar məktəbdə fəaliyyyət göstərən “Heydər Əliyev və tarixi həqiqətlər” və “ Qarabag Azərbaycandır” lektoriyaları ilə yaxından tanış olmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi