15 sentyabr - BİLİK GÜNÜ
15 sentyabr 2016-cı il tarixində Bakı şəhəri Səbail rayonu T.Məmmədov adına 239№-li tam orta məktəbdə “Bilik günü”nə həsr edilmiş təntənəli tədbir keçirilmişdir.Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin Badamdar Bələdiyyəsi, Badamdar İcra nümayəndəliyinin rəhbər işçiləri, ATİAHİ Səbail rayon komitəsinin rəhbəri və qəsəbənin tanınmış şəxsləri iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılmışdır. Məktəbin direktoru Respublikanın Əməkdar müəllimi Sədaqət Əzimovaya söz verilmiş, Sədaqət Əzimova ötən tədris ilində məktəbin əldə etdiyi nailiyyətlərdən və qarşıda duran vəzifələrdən geniş söhbət açmışdır. Badamdar Bələdiyyə sədri Əsədov Həbib yüksək bal toplamış məzunları mükafatlar təqdim etmişdir. ATİAHİ Səbail rayon komitəsinin sədri Mükafat Abbasov məktəbin fəaliyyətini yüksək qiymətləndirmişdir. Tədbir məktəbin şagird və məzunlarının çıxışları ilə davam etmişdir. Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Coşqun Cəbrayılov çıxış edərək Səbail Rayonunun təhsil sahəsində əldə etdiyi müvəffəqiyyətlərdən geniş söhbət açmış və yeni tədris ilində məktəbin pedaqoji kollektivinə, şagirdlərinə yeni yeni uğurlar arzulamışdır.